Mübariz Qurbanlı “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı “Həyat sözü” beynəlxalq kilsəsinin nümayəndələri ilə görüşüb
# 01 sentyabr 2016 15:42 (UTC +04:00)

Bakı. Mübariz Aslqanov – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelmi və “Həyat sözü” cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidmət üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.

Komitədən APA-ya verilən məlumata görə, M. Qurbanlı qonaqlara Azərbaycanın tarixən müxtəlif konfessiyaların, xalqların, eləcə də ayrı-ayrı etiqad və inanclara malik etnosların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ölkə olduğunu bildirib. O qeyd edib ki, əsrlər boyu Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayıb, dini-etnik qruplar arasında ədavət və qarşıdurma halları müşahidə olunmayıb.

Komitə sədri “Həyat Sözü” dini icmasının dini xarakterli tədbirlərdə yaxından iştirak etdiyini, ümumilikdə icmanın fəaliyyətinin mövcud qanunvericiliyə müvafiq olduğunu bildirib.

Yenidən Azərbaycanda olmalarından məmnunluqlarını ifadə edən qonaqlar Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, ölkənin ötən illər ərzində bütün sahələrdə çox böyük inkişaf yolu keçdiyini xüsusi qeyd ediblər. Görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR