Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər

 Azərbaycan və Rusiyanın müdafiə nazirləri Qarabağ münaqişəsini müzakirə ediblər
# 15 avqust 2016 11:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "Rossiya 24" kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, nazirlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşündə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR