Pan Qi Mun İran üzərindən sanksiyaların götürülməsini alqışlayıb

Pan Qi Mun İran üzərindən sanksiyaların götürülməsini alqışlayıb
# 17 yanvar 2016 01:19 (UTC +04:00)

Bakı-APA. BMT-nin baş katibi Pan Qi Mun bir neçə ABŞ vətəndaşının İran həbsxanasından azad edilməsini və İran üzərindən sanksiyaların götürülməsini alqışlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq komünike Pan Qi Munun mətbuat xidməti tərəfindən yayılıb.

Pan Qi Mun iki dövlətin münasibətlərin yaxşılaşdırılması istiqamətində atdığı addımları yüksək qiymətləndirərək, ABŞ və İranın digər aktual regional və beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirəcəklərinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.

ABŞ Ədliyyə Nazirliyi Amerika şirkətlərinin xarici filiallarına İranda fəaliyyət göstərməyə icazə verib.

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR