“Azərbaycan Sənaye Sığorta” məcmu kapitalını artırıb

“Azərbaycan Sənaye Sığorta” məcmu kapitalını artırıb
# 01 aprel 2016 07:08 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Azərbaycan Sənaye Sığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 2 mln. 63,212 min manat və ya 10,02% artaraq 22 mln. 645,478 min manat olub. Hesabat dövrünün sonuna şirkətin cəmi uzunmüddətli aktivləri 3 mln. 411,656 min manat, cəmi qısamüddətli aktivləri isə 19 mln. 233,822 min manat təşkil edib.

2014-cü il ilə müqayisədə ötən il “Azərbaycan Sənaye Sığorta”nın nizamnamə kapitalı dəyişməyərək 11 mln. manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 15 mln. 129,057 min manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 5 mln. 657,404 min manat və ya 59,73% çoxdur.

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 3 mln. 594,192 min manat və ya 32,35% azalaraq 7 mln. 516,421 min manat təşkil edib. Hazırda “Azərbaycan Sənaye Sığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 7 mln. 104,969 min manat, cəmi qısamüddətli öhdəlikləri 411,453 min manat təşkil edir.

Hesabat dövründə şirkətin gəlirləri 19 mln. 660,886 min manat, xərcləri 12 mln. 833,274 min manat olub. Sığortaçı 2015-ci ili 5 mln. 657,404 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR