Azərbaycan prezidenti sloveniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti sloveniyalı həmkarını təbrik edib
# 24 iyun 2016 17:26 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sloveniyalı həmkarı Borut Pahoru ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR