Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var

Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var
# 04 yanvar 2016 08:32 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam Bakı-Qazax magistral yolun 191-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

1976-ci il təvəllüdlü Qazax rayon sakini Bəxtiyar Səfər oğlu Rəsulovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus Qazax istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn Orxan Abduləli oğlu Məmmədlinin idarə etdiyi “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişinləri, sürücünün həyat yoldaşı, Qazax rayon sakini Dilarə Rəsulova və qızı, 2005-ci il təvəllüdlü Müzgan Bəxtiyar qızı Rəsulova müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti orta ağır olaraq qalır.

Qəzadan sonra hər iki avtomaşın zərbənin gücündən yararsız hala düşüb. Hadisəyə səbəb isə magistral yolun buzlu olması və mikroavtobusun “Mitsubishi”nin yoluna çıxması bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR