Şəmkir rayonunda qadın dəm qazından zəhərlənib

Şəmkir rayonunda qadın dəm qazından zəhərlənib
# 16 dekabr 2015 06:48 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayonunda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Mahmudlu kənd sakini, 1964-cü il təvəllüdlü Nahidə Aslanova dəm qazından zəhərlənmə əlamətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib vəsiyyətini normal olduğu bildirilir.

Məlumata görə, N. Aslanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR