Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb
# 09 dekabr 2015 15:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin 11 ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 27,09% azalaraq 8 mlrd. 235 mln. 779 min 386,28 manat təşkil edib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, son 1 ildə dövlət qiymətli kağızlar bazarında ciddi azalma olub. Belə ki, 2014-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 558 mln. 762 min 542 manat və ya 28,2 dəfə azalıb.

Azalma pay və borc alətləri bazarından da yan keçməyib. Başqa sözlə, son 1 ildə pay bazarı 3,36 dəfə azalaraq 276,356 mln. manata, borc alətləri bazarı 39,36% azalaraq 1 mlrd. 771 mln. 818 min manata düşüb.

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin eyni dövründə Törəmə Maliyyə Alətləri Bazarı 2 mlrd. 723 mln. 064 min 946 manat və ya 81,92% artaraq 6 mlrd. 047 mln. 304 min 217 manata yüksəlib.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın sektoru

Dövriyyə (azn), 2015

Dövriyyə (azn), 2014

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

Əqdlərin həcmi, AZN

Əqdlərin sayı

I. Dövlət Qiymətli Kağızlar bazarı

20,541,583.90

16

579,304,126.56

115

MN Dövlət İstiqrazları

20,541,583.90

16

98,437,376.41

43

Dİ yerləşdirmə

0

0

76,160,232.28

28

Dİ təkrar

20,541,583.90

16

22,277,144.13

15

AMB Notları

0

0

480,866,750.15

72

NOT yerləşdirmə

0

0

148,062,075.70

45

NOT təkrar

0

0

332,804,674.45

27

II. Pay bazarı

276,356,350.85

3323

928,976,872.83

5020

Səhmlər yerləşdirmə

266,703,390.35

111

923,803,088.10

629

Səhmlər təkrar

9,652,960.50

3212

5,173,784.73

4391

III. Borc Alətləri Bazarı

1,771,817,859.25

625

2,922,068,966.96

396

AİF istiqrazları yerləşdirmə

41,333,586.00

10

40,240,000.00

20

AİF istiqrazları təkrar

1,477,905,330.15

191

667,767,642.30

146

Digər korporativ istiqrazlar * yerləşdirmə

19,763,407.52

72

2,074,201,810.64

77

Digər korporativ istiqrazlar * təkrar

232,815,535.58

352

139,859,514.01

153

- o cümlədən market meyker

207,864,889.80

256

87,771,481.09

106.00

IV. REPO əməliyyatları

119,759,375.00

111

3,540,809,139.74

297

AMB-nin Repo əməliyyatları

32,217,600.76

30

1,803,653,833.93

137

Digər Repo əməliyyatlar

87,541,774.24

81

1,737,155,305.81

160

V. Törəmə Alətlər Bazarı

6,047,304,217.28

46841

3,324,239,270.92

24,728.00

Valyuta

5,953,801,019.68

41641

2,570,868,220.88

22,603.00

Əmtəə

93,503,197.60

5200

753,371,050.04

2,125.00

Cəmi

8,235,779,386.28

50,916.00

11,295,398,377.00

30,556.00

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR