Zərdabda həmkəndlisini qətlə yetirən şəxsin cəza müddəti artırılıb

Zərdabda həmkəndlisini qətlə yetirən şəxsin cəza müddəti artırılıb
# 01 dekabr 2015 15:44 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Zərdab rayonunda həmkəndlisinin boğazını kəsərək qətlə yetirən şəxsin cəza müddəti artırılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Zərdab rayonun Dəliquşçu kənd sakini Vüsal Ələsgər oğlu Mehdiyevin apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Bu gün keçirilən məhkəmə prosesində zərərçəkmiş tərəfin apelyasiya şikayəti əsasında Vüsal Mehdiyevin cəza müddəti 2 il artırılaraq 17 il azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

V. Mehdiyev Lənkəran Ağır Cinayətlər məhkəməsinin qərarı ilə qətli törətməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib. Bundan narazı qalan zərərçəkən tərəf apellyasiya şikayəti verib.

Qeyd edək ki, ötən il dekabrın 30-da Zərdab rayonun Dəliquşçu kənd sakini Vüsal Mehdiyev həmkəndlisi Rəşad İnşallah oğlu Zeynalovu bıçaqlayaraq qətlə yetirib. Bundan sonra o, mərhumun meyitinin üzünə benzin tökərək yandırıb. Rəşad Zeynalovun meyiti rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR