DİN Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb

DİN Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb
# 03 dekabr 2015 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi barəsində məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də saat 02 radələrində Xətai rayonunun Babək prospektində Bakı şəhər sakini Samir Yusifov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə özü və 20-25 yaşlı 2 sərnişini (şəxsiyyətləri müəyyənləşdirilir) hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR