DSX Akademiyasında texniki vasi­tələrin qəbulu mərasimi keçirilib

DSX Akademiyasında texniki vasi­tələrin qəbulu mərasimi keçirilib
# 14 may 2016 11:18 (UTC +04:00)

Bakı – APA. Dövlət Sərhəd Xidməti Akademiyasında “Azərbaycan və Gürcüstan arasında quru sərhədin mühafizəsinin daha yaxşı əlaqələndirilməsi” layihəsi çərçivəsində təqdim olunmuş texniki vasi­tələrin rəsmi qəbulu mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin texniki imkanlarının təkmilləşdirilməsi üçün yüksək keçid qabiliyyətlərinə malik avtomobillər və kvadrosikllər, yük maşınları, habelə informasiya texnologiyaları ava­danlığı və digər xüsusi texniki vasitələr təqdim olunub.

Bu avadanlıqlar layihənin əhatə etdiyi sərhəd bölgəsi üzrə təhlükəsizliyin təmin olunmasına və transsərhəd cinayətkarlığı ilə mübarizəyə əhəmiyyətli töhfə verəcək. Mərasimdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və Avropa İttifaqının Bakı Ofisinin nümayəndəsi Migel Qomez Maqro iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR