Poroşenko xarici qoşunların Ukraynaya buraxılması planını təsdiqləyib

Poroşenko xarici qoşunların Ukraynaya buraxılması planını təsdiqləyib
# 27 dekabr 2015 03:27 (UTC +04:00)

Bakı-APA. Ukrayna prezidenti Pyotr Poroşenko 2016-cı ildə hərbi təlimlərin keçirilməsi üçün xarici qoşunların ölkə ərazisinə buraxılmasına dair planı təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq sənəd Ukrayna prezidentinin saytında dərc edilib.

Qeyd edək ki, 2016-cı ilin yanvar-dekabr ayları dövründə ABŞ-dan və NATO-ya üzv olan digər ölkələrdən (həmçinin “Sülh naminə tərəfdaşlıq” proqramına üzv olan ölkələrdən – red.) Ukraynaya 5 misədək hərbçi gələ bilər. Bundan başqa, ölkə ərazisinə 12 təyyarə və helikopter daxil olmaqla silah və hərbi texnikanın gətirilməsi nəzərdə tutulub.

Təlimlərin hazırlanması və keçirilməsi ilə bağlı maliyyə xərcləri Ukrayna dövlət büdcəsi üzərinə düşəcək.

Bundan əvvəl Ali Rada xarici qoşunların Ukraynaya buraxılması haqqında qanunu dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR