“Azərsu”nun anbarında faciəli hadisə baş verib

“Azərsu”nun anbarında faciəli hadisə baş verib
# 08 dekabr 2015 09:48 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. “Azərsu” ASC-nin su anbarında faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qeydə alınıb. Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR