Daşkəsəndə kürəkən həyat yoldaşını və qayınatasını bıçaqlayıb - YENİLƏNİB

Daşkəsəndə kürəkən həyat yoldaşını və qayınatasını bıçaqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2016 20:44 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsəndə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İbrahim Teyyubəliyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə, qızı 1979-cu il təvəllüdlü Mərizə Kərimova isə qol nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlar dərhal əməliyyat edilib. Məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Mübariz adlı şəxs ailə münaqişəsi zəminində qayınatası İ. Teyyubəliyev və həyat yoldaşı M. Kərimovanı bıçaqlayıb. Hadisədən sonra özünə də müxtəlif dərəcəli xəsarətlər yetirən Mübariz adlı kürəkən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR