Dağıstanda saxlanılan “nurçular” arasında azərbaycanlı da var

Dağıstanda saxlanılan “nurçular” arasında azərbaycanlı da var
# 16 mart 2016 09:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya Federasiyasının Dağıstan Respublikasında “nurçular”a qarşı həyata keçirilmiş irimiqyaslı əməliyyat zamanı saxlanılan 14 nəfər arasında Rusiya vətəndaşlığı almış azərbaycanlı da var.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Dağıstanın bir sıra rayonlarında və şəhərlərində keçirilmiş əməliyyat zamanı polis şöbəsinə 14 nəfər gətirilib, lakin onlardan ikisi saxlanlılıb. Həmin şəxslərin həbsinə ahzırlıq görülür. Gətirilən şəxslər arasında daha əvvəl Rusiya vətəndaşlığı almış azərbaycanlı da var. Onun adı açıqlanmayıb.

Qeyd edək ki, “nurçuluq” cərəyanının fəaliyyəti Rusiyada qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR