Rauf Mirqədirovun məhkəməsinin başlama vaxtı məlum olub

Rauf Mirqədirovun məhkəməsinin başlama vaxtı məlum olub
# 22 oktyabr 2015 13:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesinin başlama vaxtı məlum olub.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR