Bakıda ata-oğul bıçaqlanıb

Bakıda ata-oğul bıçaqlanıb
# 05 mart 2016 08:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində ata və oğlu bıçaqlanıb.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 4-dən 5-nə keçən gecə rayonun Balaxanı qəsəbəsindən qeydə alınıb. Qəsəbə sakinləri - Valeh Quliyev və oğlu Bəyəli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətiriliblər. Sabunçu polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən qəsəbə sakini Nəriman Şahmirzəyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR