Bakıda 39 yaşlı qadın intihar edib

Bakıda 39 yaşlı qadın intihar edib
# 22 aprel 2016 04:24 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda 39 yaşlı qadın intihar edib. APA-nın məlumatına görə, hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki “Südçülük Sovxozu” adlandırılan ərazidə qeydə alınıb. Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib.

Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.

Qadının intihar etməsinin səbəbi hələlik məluk deyil, polis bu istiqamətdə araşdırmalarını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR