Las Veqas aeroportunda təyyarədə yanğın olub, 14 nəfər xəsarət alıb

Las Veqas aeroportunda təyyarədə yanğın olub, 14 nəfər xəsarət alıb
# 09 sentyabr 2015 09:30 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Las Veqas aeroportunda "British Airways" şirkətinə məxsus təyyarədə baş verən yanğın zamanı 14 nəfər xəsarət alıb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, göyərtəsində 159 sərnişin və 13 ekipaj üzvü olan "Boeing 777" təyyarəsində yanğın təyyarə havaya qalxmazdan öncə baş verib.

Bütün sərnişinlər təxliyə olunub. Onlara tibbi yardım göstərilib. Aeroportun bir hissəsi bağlanıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Qeyd edək ki, təyyarə London uçmalıymış.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR