"Təmiz Şəhər" maarifləndirmə tədbirlərini davam etdirir

"Təmiz Şəhər" maarifləndirmə tədbirlərini davam etdirir
# 22 dekabr 2015 15:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Təmiz Şəhər” ASC Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bərk məişət tullantılarının idarə edilməsi mövzusunda mühazirə keçirib.

“Təmiz Şəhər”dən “APA-Economics”ə verilən məlumata görə, xüsusi dərsdə Akademiyanın Ekologiya, Dövlət və bələdiyyə idarə edilməsi və Kompüter elmləri ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə “Təmiz Şəhər”in, Dövlət İdarəçilik Akademiyasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “EkoReal” və “Təbiət və Həyat” ekoloji təşkilatlarının nümayəndələri müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

Ekspertlərin təqdimatları tələbələr arasında böyük marağa səbəb olub və bu cür mühazirələrin gələcəkdə də təşkil olunmasının zəruriliyi bildirilib.

“Təmiz Şəhər” gənc nəslin ekoloji maarifləndirməsi və tərbiyəsi məqsədi ilə 2010-cu ildən etibarən ali təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb. Cəmiyyət təhsil müəssisələrində mütəmadi olaraq bu cür seminarlar keçirir, tələbələr üçün “Təmiz Şəhər”in tullantı zavodlarına turlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR