DİN Bakıda baş vermiş qətl və intihar hadisəsi barədə məlumat yayıb

DİN Bakıda baş vermiş qətl və intihar hadisəsi barədə məlumat yayıb
# 15 dekabr 2015 09:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş qətl və intihar hadisəsi barədə məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də Binəqədi rayonu ərazisində yaşayan Samir Axundov evində münaqişə zəminində arvadı Gülnara bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Gülnar orada ölüb.

S.Axundov həmin gün saat 14 radələrində özünü F.Məlikov küçəsində yerləşən 12 mərtəbəli binanın damından atıb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR