Türkiyədə Dünya Humanitar Sammiti başlayıb - YENİLƏNİB

Türkiyədə Dünya Humanitar Sammiti başlayıb - <span style="color: red;">YENİLƏNİB
# 23 may 2016 10:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyədə Dünya Humanitar Sammiti başlayıb.

APA-nın məlumatına görə, sammitin açılış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Toplantıdan əvvəl dünya liderləri xatirə fotosu çəkdiriblər.

Xatırladaq ki, BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammitdə böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gələcək. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.

*** 10.05

Bakı. Məlahət Nəcəfova - APA. Türkiyədə tarixdə ilk dəfə Dünya Humanitar Sammiti keçirilir.

APA-nın məlumatına görə, BMT baş katibi Pan Gi Munun təşəbbüsü və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) təşkilatçılığı ilə mayın 23-24-də İstanbulda keçiriləcək sammitdə böhrana məruz qalan insanlarla ölkə liderlərinin ilk dəfə bir araya gələcək. Sammitdə dünyada yaşanan humanitar problemlərin həlli yolları müzakirə ediləcək.

Sammitdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edəcək.

Dövlət başçısı və xanımı artıq Türkiyədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR