AXA siqaretlə mübarizə məqsədilə 1,8 mlrd. avroluq tütün aktivlərini satır

AXA siqaretlə mübarizə məqsədilə 1,8 mlrd. avroluq tütün aktivlərini satır
# 23 may 2016 15:51 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Fransanın AXA sığorta qrupu tütün sahəsinə investisiyaları dayandırır və bu sahədə olan 1,8 mlrd. avro (200 mln. avroluq səhmlər və 1,6 mln. avroluq istiqrazlar) həcmində aktivlərini satışa çıxarır.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə AXA-nın rəhbəri Tomas Büberl bildirib.

"Bizim üçün bu addımın böyük nəticələri var. Səbəb aydındır: siqaretin insana təsiri faciəvidir. Tütün aktivlərimizi satmaqla biz siqaretlə mübarizəyə böyük bir töhfə veririk", - deyə şirkət rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR