Nazirlik təhsil işçilərinin düşdüyü yol qəzası ilə bağlı açıqlama yayıb

Nazirlik təhsil işçilərinin düşdüyü yol qəzası ilə bağlı açıqlama yayıb
# 30 may 2016 13:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Xızıda baş verən yol-nəqliyyat qəzası ilə bağlı açıqlama yayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərdə bildirilib ki, ötən gün asudə vaxtlarını öz təşəbbüsləri ilə Xızı rayonunda keçirmək məqsədilə bu bölgəyə səfər edən Sumqayıt Dövlət Texniki Kollecinin bir qrup müəllim və texniki heyəti yol-nəqliyyat hadisəsi nəticəsində qəza keçirib. Qəzada Sumqayıt Dövlət Texniki Kollecinin 3 nəfər əməkdaşı ölüb, digərləri isə müxtəlif dərəcədə xəsarət alıb: "Nazirlik bu hadisə nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların isə tezliklə sağalmalarını arzu edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR