Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulub
# 10 may 2016 12:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan BMT-nin malların alqı-satqısı ilə bağlı beynəlxalq konvensiyasına qoşulub.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, müvafiq saziş 2017-ci ilin yanvarın 1-də qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycan sözügedən konvensiyaya qoşulan sayca 85-ci ölkədir. Konvensiya 1980-ci ilin aprelində BMT-nin malların alqı-satqısı üzrə beynəlxalq konfransında qəbul edilib. Sənəd beynəlxalq ticarət qaydalarının vahid standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Konvensiyanın preambulasında qeyd olunur ki, vahid normaların qəbulu beynəlxalq ticarətdə məhdudiyyətlərin aradan qaldırılmasına və onun inkişafına töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR