Azərbaycan Gürcüstandan avtomobil idxalını 28 dəfə azaldıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını 28 dəfə azaldıb
# 23 fevral 2016 11:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 577,2 min dollar dəyərində 24 ədəd minik avtomobili ixrac olunub.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 647 ədəd avtomobil və ya 27,96 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 23,7 dəfə azalıb.

Qeyd edək ki, ötən ay ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 15,13% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 4,78%-ni təşkil edib.

Ötən ay ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 3,12% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 3 814,0 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ay ilə müqayisədə 7,47 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR