Avropa Parlamenti ilə Azərbaycan arasında əhatəli müqavilə hazırlanır

Avropa Parlamenti ilə Azərbaycan arasında əhatəli müqavilə hazırlanır
# 20 sentyabr 2016 15:53 (UTC +04:00)

Bakı – APA. “Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi Sayyad Kərim deyib.

O, təmsil etdiyi qurumun ötən il qəbul etdiyi sənədlə bağlı yaranan çətinliklərin dəf ediləcəyinə və əlaqələrimizin irəliyə aparılacağına ümidvar olduğunu bildirib. S. Kərim hazırda Azərbaycanla əhatəli müqavilə üzərində işə böyük önəm verildiyini diqqətə çatdırıb. “Azərbaycan bizim üçün mühüm ölkədir. Biz bütün mümkün imkanlardan istifadə edərək Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıyıq”, - deyə o vurğulayıb.

S. Kərim Azərbaycanla “Cənub” qaz dəhlizi ilə bağlı əməkdaşlıq işinə sadiq olduqlarını da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR