İran XİN: Səudiyyə Ərəbistanı hökuməti strateji səhvlərini dərinləşdirir

İran XİN: Səudiyyə Ərəbistanı hökuməti strateji səhvlərini dərinləşdirir
# 04 yanvar 2016 07:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "İranla diplomatik münasibətləri dayandırmaqla Səudiyyə Ərəbistanı yol verdiyi strateji yanlışlıqları dərinləşdirir".

APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər nazirinin Yaxın Şərq və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdollahian deyib. “Təkcə krallığın yox, bütün İslam aləminin görkəmli din xadimi olan Nimr əl Nimrin edamı ilə Səudiyyə hakimiyyəti daha bir strateji səhvə yol verdi. Düşünülməmiş və ani şəkildə diplomatik münasibətlərin kəsilməsi barədə qərar isə regional təhdidlərin, terror və ekstremizm təhlükəsinin artmasına xidmət edəcək”, - deyə o, söyləyib.

H. Ə. Abdollahianın sözlərinə görə, Tehran və Məşhəddə Səudiyyə diplomatlarına heç bir zərər yetirilməyib. Onun sözlərinə görə, zərbə diplomatlara deyil, Səudiyyə rəhbərliyinin neft qiymətlərinin aşağı salınmasına gətirib çıxaran siyasəti nəticəsində müsəlman ölkələrinə dəyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr İranla bütün diplomatik əlaqələrin dayandırıldığını bəyan edib. Səudiyyə Ərəbistanındakı iranlı diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR