Bəhreyn Suriyada İŞİD-ə qarşı quru əməliyyata qoşulmağa hazırdır

Bəhreyn Suriyada İŞİD-ə qarşı quru əməliyyata qoşulmağa hazırdır
# 05 fevral 2016 23:50 (UTC +04:00)

Bakı-APA. Bəhreyn İŞİD terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya quru qoşunları ilə dəstək verməyə hazır olduğunu bildirib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Bəhreynin Böyük Britaniyadakı səfiri şeyx Favaz əl-Xəlifə bəyan edib.

Səfir həmçinin qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri də Suriyada quru əməliyyata hazırdırlar.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanının müdafiə naziri Əhməd Asiri “Al-Arabiya” telekanalına verdiyi açıqlamada ölkəsinin Suriyada quru əməliyyatına qoşulmağa hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR