Lənkəranda narkotik alverçisi saxlanılıb

Lənkəranda narkotik alverçisi saxlanılıb
# 15 fevral 2016 14:45 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Şəhər-Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda qanunsuz narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Lənkəran ŞRPŞ-nin müstəntiqi, polis kapitanı Toğrul Hüseynov verib.

Onun sözlərinə görə, şübhəli şəxs qismində saxlanılan rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olmuş Heydər Əbdül oğlu Əliyevin üzərində ümumi çəkisi 1535 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bir hissəsi 50 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə iki ədəd sellofan bağlamada olub. Bundan əlavə saxlanılan şəxsin üzərindən kiçik ölçülü tərəzi də aşkarlanıb. Onun barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR