Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Fevral

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 10 Fevral
# 10 fevral 2016 17:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Rusiyanın xarici işlər nazirinin açıqlamaları əslində həm də bir etirafdır. Lavrov ölkəsinin iki cəbhədə müharibə apardığını dolayısı ilə doğrulayır. Yəni Ukrayna və Suriyada...

Amma Kreml rəsmisi həm də Rusiyanın növbəti dəfə həmin ölkələrdə "sülhpərvər" missiya yerini yetirdiyini diplomatik şəkildə beynəlxalq ictimaiyyətə təqdim edir və adı çəkilən ölkələrdə stabilliyin bərpa olunmasında, sadəcə, ABŞ-ın maraqlı olmadığını önə çəkir. Məsələnin başqa tərəfləri də var. Söhbət Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan gedir.

Diplomat həm də onu demək istəyir ki, Rusiyanın bu qaynar bölgələrdə - xüsusilə Ukraynada ilişib qalmasında Vaşinqtonun əsas məqsədi Moskvaya qarşı qoyulan qadağaların davam etdirilməsi istəyidir. Çünki bu, Rusiya iqtisadiyyatının zəifləməsinin davamı, ölkənin ehtiyatlarının tükənməsi deməkdir. Zəif Rusiyanın öhdəsindən gəlmək isə daha asandır. Bütün bunlar Kremlin Ukrayna məsələsinin onun maraqlarına uyğun həll olunmasına mane olur...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR