Dünya bazarında qızıl 11 dollar ucuzlaşıb

Dünya bazarında qızıl 11 dollar ucuzlaşıb
# 20 avqust 2016 07:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,24% - 18 552,57 bəndədək, S&P 500 0,14% - 2 183,87 bəndədək, NASDAQ 0,03% - 5 238,38 bəndədək azalıb.

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,15% - 6 858,95 bəndədək, Almaniya DAX-ı 0,55% - 10 544,36 bəndədək, Fransa CAC-40-ı 0,82% - 4 400,52 bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 11 dollar ucuzlaşaraq 1 341,47 dollara, gümüş isə 0,43 dollar ucuzlaşaraq 19,31 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR