Azərbaycanın bank sektorunun məcmu kapitalı 16%-dən çox azalıb

Azərbaycanın bank sektorunun məcmu kapitalı 16%-dən çox azalıb
# 04 aprel 2016 10:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin martın 1-ə bankların məcmu kapitalının həcmi 3 584,7 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.

Ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 697,1 mln. manat və ya 16,28% azdır.

Ümumiyyətlə, fevral ayında bankların məcmu kapitalı 6,7 mln. manat və ya 0,19% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR