Nazir: "Dövlət Sosial Təminatı Xidmətinin bölmələrində çalışmış heç bir şəxs işsiz qalmır"

Nazir: "Dövlət Sosial Təminatı Xidmətinin bölmələrində çalışmış heç bir şəxs işsiz qalmır"
# 21 sentyabr 2016 09:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Yerli məşğulluq mərkəzlərində çalışanların sayı 500 nəfərədək artırılacaq".


"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib.


Nazirin sözlərinə görə, əgər ölkə üzrə əvvəllər bu sahədə çalışanların sayı 400 nəfər idisə, Azərbaycan prezidentin müvafiq sərəncamından sonra onların 900-ə çatdırılır: "Hazırda formalaşdırma prosesi yekunlaşmaq üzrədir. Dövlət Sosial Təminatı Xidməti ləğv edildi və Dövlət Sosial Müdafiə Fonduna birləşdirildi. Buna uyğun olaraq Dövlət Sosial Təminatı Xidmətinin yerli bölmələri də ləğv edildi. Oradan çıxan işçilər həmin məşğulluq mərkəzlərində artırılmış ştatlarla işə qəbul olunurlar və onlarla müqavilələr bağlanılır. Bu proses nəticəsində Dövlət Sosial Təminatı Xidmətinin yerli bölmələrində çalışmış bir nəfər də işçi işsiz qalmır, hamısı məşğulluq mərkəzlərinə verilmiş əlavə 500 nəfər ştatda cəmləşdirilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR