Dmitri Svişev: “Bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq”

Dmitri Svişev: “Bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq”
# 21 iyun 2016 08:37 (UTC +04:00)

Bakı – APA. AÇ-2016-da dünən Uelsə ilə uduzan (0:3) Rusiya yığması turnirlə vidalaşıb. Apasport.az lenta.ru saytına istinadən xəbər verir ki, şimal qonşularımızın Avropa çempionatındakı uğursuz çıxışına bu ölkənin Dövlət Duması da biganə qalmayıb.

Belə ki, Dumada Rusiya millisinin dağıdılması təklifi irəli sürülüb. Konkret olaraq, bu təklif Dövlət Dumasının Bədən tərbiyəsi, idman və gənclərlə iş üzrə komitəsinin sədri Dmitri Svişevdən gəlib.

O bildirib ki, Rusiya yığmasının AÇ-dəki uğursuz çıxışı əslində təəccüblü deyil: “Hər şey gözlənilən idi. Sadəcə, hamı möcüzəyə ümid edirdi, o da baş vermədi. Görünür, möcüzələr olmur. Məntiqi sonluq qeydə alındı və biz Fransanı tərk edib, evə qayıtmalı olduq. Danışılası bir şey yoxdu. Köklü dəyişikliklər lazımdı. Heyətdə olan bütün futbolçuları qovub, bu yığmanı dağıtmalıyıq. İşə yeni, təmiz səhifədən başlamalıyıq. Əks təqdirdə, xeyri olmayacaq”.

Qeyd edək ki, AÇ-2016-nın qrup mərhələsində Uelslə yanaşı, Slovakiyaya da uduzan (1:2) ruslar yalnız İngiltərədən xal almağı (1:1) bacarıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR