Jurnalistlər ADİU-da imtahanın gedişinə nəzarət ediblər

Jurnalistlər ADİU-da imtahanın gedişinə nəzarət ediblər
# 12 yanvar 2016 13:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) jurnalistlər qış imtahan sessiyasının gedişinə nəzarət ediblər. APA-nın xəbərinə görə, jurnalistlər ADİU-nun 3 korpusunda imtahanların gedişini izləyib.

İmtahanlardan sonra jurnalistlər ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşüb. Rektor bildirib ki, imtahan prosesi tam obyektiv şəkildə keçirilir.

Ə. Muradov əlavə edib ki, özünün Feysbukda səhifəsi fəaliyyət göstərir: “Həmin səhifə vasitəsilə istənilən tələbə mənə müraciət edə bilər. Tələbələr universitetdə hansı problemin olduğunu çox yaxşı bilirlər. Mən də köməkçilərimə qəti şəkildə tapşırmışam ki, istənilən problem həll olunmalıdır. Bir daha qeyd edirəm ki, imtahan prosesi tam şəffaf şəkildə təşkil olunur”.

O qeyd edib ki, imtahan sessiyası vaxtı şənbə günləri rektorun “Açıq qapı” günləri keçirilir: “Eyni zamanda, bütün tədris binalarında qərargahlar yaradılıb”.

Sonda Ə. Muradov jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, ADİU-da qış imtahan sessiyası fevralın 1-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR