Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Sentyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Sentyabr
# 15 sentyabr 2016 18:20 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

15 sentyabr Azərbaycanın şərəf tarixinin yazıldığı gündür. Bakı işğaldan azad olunmasa, nə Azərbaycan bu qədər böyük əraziyə malik dövlət olardı, nə ümumiyyətlə Azərbaycan olardı. Bu səbəbdən 15 sentyabr tarixi 28 may tarixi qədər dəyərli və doğmadır. Anlayanlar üçün. Hər kəs tarixçi olmağa məcbur deyil, amma hər kəs tarixini oxumağa məcburdur. 15 sentyabr Qələbə Günüdür, yüzlərlə şəhid verərək Gəncədən Bakıyadək böyük bir ərazini işğaldan azad etdiyimiz prosesin şərəfli sonudur. Bu həm də əsrlərlə yaşı olan tariximizə sahib çıxdığımız gündür. Belə günlər çox az xalqlara nəsib olur, bu xalqlardan biri də bizik. Əsrin əvvəllərində Azərbaycan dövlətçiliyinin qurulmasında, müdafiəsində, möhkəmlənməsində zəhməti olan bütün şəxslərin xatirəsini hörmətlə anır, ruhunuz şad olsun deyirik.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR