Ukraynadan çıxan sınaq qatarı Çinə çatıb

Ukraynadan çıxan sınaq qatarı Çinə çatıb
# 01 fevral 2016 15:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ukrayna-Gürücstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən konteyner qatarı artıq Qazaxıstandan Çinə yola düşüb.

"APA-Economics" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, sınaq xarakterli reys Ukraynanın İliçevsk vilayətindən yola düşməklə Qara və Xəzər dənizindən keçir. Qatar 20 vaqondan ibarətdir.

"Ötən gün sınaq qatarı Qazaxıstandan Çinə yola düşüb və onun dayanması üçün heç bir maneə yoxdur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 14-də Bakıda keçirilmiş dördtərəfli görüşdə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna nümayəndələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda vahid tariflərin müəyyənləşdirilməsi haqqında razılığa gəliblər. Müvafiq protokolu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolu” SC-nin rəisi Mamuka Baxtadze və “Ukrayna Dəmir Yolu” SC-nin İdarə heyətinin sədr əvəzi Aleksandr Zavqorodniy imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR