Terrorçular Suriyada kimyəvi silahdan istifadə ediblər, ölənlər var

Terrorçular Suriyada kimyəvi silahdan istifadə ediblər, ölənlər var
# 02 avqust 2016 20:43 (UTC +04:00)

Bakı-APA. Terrorçular Suriyanın Hələb şəhərinə zəhərli qazla doldurulmuş mərmilər atıblar.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində beş nəfər dinc sakin həlak olub.

Məlumata görə, mərmilər şəhərin Bab-əl-Fərəc və Bustan-Kəl-Ab rayonlarında partlayıb.

Terrorçuların atdığı kimyəvi silah insanın sinir sistemini zədələyir və boğulmaya səbəb olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR