Bakıda ev, Siyəzən və Beyləqanda isə avromobil yanıb

Bakıda ev, Siyəzən və Beyləqanda isə avromobil yanıb
# 04 avqust 2016 21:58 (UTC +04:00)

Bakı-APA. Ötən gün axşam saatlarında bir-neçə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m2 sahədə və yaxınlıqdakı ərazidə 500 m2 sahədə quru ot yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Siyəzən şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Beyləqan rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR