Sarısu gölündə ilkin monitorinqlər balıqların ölümündə antropogen təsirin olmadığını göstərib

Sarısu gölündə ilkin monitorinqlər balıqların ölümündə antropogen təsirin olmadığını göstərib
# 08 sentyabr 2016 14:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Sarısu gölündə balıqların kütləvi tələfatı ilə bağlı məsələyə münasibət bildirib.

Departamentin direktor müavini Mətanət Avazova APA-ya deyib ki, artıq Departamentin monitorinq qrupu ərazidə monitorinqlər keçirib. Sarısu gölünün müxtəlif nöqtələrindən su nümunələri, o cümlədən yeni ölmüş balıqlardan da nümunələr götürülüb. Bu nümunələr Mərkəzi Analitik Laboratoriyaya təhvil verilib. M. Avazova bildirib ki, analizin cavabları hazır olandan sonra suyun çirklənməsi, hansı fəsadların olması ilə bağlı açıqlama veriləcək: “Ancaq bizim apardığımız ilkin monitorinqlər balıqların hər hansı bir antropogen təsir nəticəsində ölmədiyini təsdiqləyir. Ola bilər ki, hansısa təbii proseslə bağlı olaraq belə hal baş verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR