ABŞ-da təyyarə qəza enişi edib

ABŞ-da təyyarə qəza enişi edib
# 14 dekabr 2015 21:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Texas ştatında “Southwest Airlines” aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi qəza enişi edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, enişə səbəb uçuş zamanı təyyarənin qanadının bir hissəsinin qopması olub.

Ostin-Harlinqton marşrutu üzrə uçan təyyarənin göyərtəsində 109 sərnişin olub. İnsident nəticəsində zərərçəkən yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR