Təcridxanada özünü asan MTN polkovniki İlqar Əliyev bu gün dəfn olunacaq

Təcridxanada özünü asan MTN polkovniki İlqar Əliyev bu gün dəfn olunacaq
# 21 dekabr 2015 07:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən gün intihar edən İlqar Əliyev bu gün dəfn olunacaq.

Bu barədə APA-ya məlumat verən vəkil Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib. Vəkil İ. Əliyevin bu gün dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, ləğv olunan MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasının kamerasında özünü asaraq intihar edib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR