Putin neft hasilatının dondurulması ilə bağlı işləri davam etdirməyi tapşırıb

Putin neft hasilatının dondurulması ilə bağlı işləri davam etdirməyi tapşırıb
# 02 mart 2016 11:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Rusiya prezidenti Vladimir Putin neft hasilatı ilə məşğul olan iri ölkələrlə danışıqları davam etdirməyi tapşırıb. "APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

"Təbii ki, neft hasilatı ilə məşğul olan digər iri ölkələrlə bu istiqamətdə danışıqları davam etdirmək lazımdır. Çünki onların bununla bağlı sərgilədiyi konkret mövqeləri bizə aydın deyil", - deyə D. Peskov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR