Obama: "İŞİD İraqdakı ərazilərinin 40 faizdən çoxunu itirib"

Obama: "İŞİD İraqdakı ərazilərinin 40 faizdən çoxunu itirib"
# 26 fevral 2016 04:12 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması İraqda bir neçə iri şəhər üzərində nəzarətini itirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

“İŞİD bir neçə iri şəhər üzərində nəzarətini itirib. Bu, onun əvvəllər nəzarətdə saxladığını ərazilərin 40 faizdən çoxunu təşkil edir”, - deyə Obama qeyd edib.

“Terrorçuların mənəvi-psixoloji hazırlığı getdikcə pisləşir. Bizə daim İŞİD sıralarında fərarilik halları və qaçmaq istəyənlərin edamları barədə məlumatlar daxil olur”, - deyə Obama vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR