Amerikalı həmsədr: “Biz münaqişənin həll olunması öhdəliyini ciddi qəbul edirik”

Amerikalı həmsədr: “Biz münaqişənin həll olunması öhdəliyini ciddi qəbul edirik”
# 28 oktyabr 2015 18:30 (UTC +04:00)

Bakı. Mәlahәt Nәcәfova-APA. "İnanın, biz də münaqişə xəttində hər hansı insident baş verəndə gecə yuxusu qalırıq".

APA-nın məlumatına görə, bu sözlәri ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik "münaqişәnin hәlli üçün diplomat ölməlidir?" sualına cavabında deyib.

O qeyd edib ki, dünən baş verən insident yeganə hal deyil, bu cür hadisələr mütəmadi olaraq baş verir: "Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır. Lakin təəssüf ki, bunu müəyyən etməyin heç bir yolu yoxdur. Biz də bunu müəyyən etmək istəyərdik. Mən deməzdim ki, diplomatın həyatı münaqişə zonasında yaşayan hər hansı ana və ya uşağın həyatından vacibdir. Qətiyyən belə deyil. Biz münaqişənin həll olunması öhdəliyini ciddi qəbul edirik. Çalışırıq ki, həm prezidentlərə, həm də xarici işlər nazirlərinə müəyyən təkliflərlə çıxış edək ki, bu münaqişə həll olunsun. Prezidentlərin verdiyi qərarla, onların atacaqları addımlarla müqayisədə bizim ictimaiyyət qarşısında çıxışlarımızın heç bir əhəmiyyəti yoxdur. Ona görə biz çalışırıq ki müəyyən irəliləyişə nail olaq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR