FİFA prezidenti: “İslahatları həyata keçirmək zamanıdır”

FİFA prezidenti: “İslahatları həyata keçirmək zamanıdır”
# 26 fevral 2016 19:50 (UTC +04:00)

Bakı-APA. “Hər kəsə, bütün namizədlərə təşəkkür edirəm”.

Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın yeni seçilmiş prezidenti Cianni İnfantino deyib.

Bu gün keçirilən seçkilərdə qalib gələn C.İnfantino ilk çıxışında islahatlardan bəhs edib: “FİFA-dakı demokratiyanın nəticəsi olaraq burdayam. Bu, bir idman yarışıdır. Sizlərlə birlikdə işləməyə davam edəcəm. FİFA-nı yenidən, birlikdə inşa edəcəyik. Bundan sonra sadəcə futbol üzərindən danışacağıq. Çətin vaxtlar geridə qaldı. İndi islahatları həyata keçirmək zamanıdır. FİFA-nın yenidən layiq olduğu hörməti qazanması üçün əlimizdən gələni edəcəyik”.

İnfantinonun bəhs etdiyi 5 maddəlik islahatlar aşağıdakılardır:

1. Bundan sonra FİFA rəhbərliyinin maaşları açıqlanacaq.

2. Siyasi və idari mövzular bir-birindən ayrılacaq.

3. Yeni bir FİFA konqresi formalaşdırılacaq.

4. Qadınların futbol dünyasında daha ön plana çıxmasına şərait yaradılacaq.

5. İnsan haqqları mövzusuna həssas yanaşılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR