Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyyətləri də iştirak edib

Nyu-Yorkda keçirilən ənənəvi Türk Günü yürüşündə Azərbaycan cəmiyyətləri də iştirak edib
# 27 may 2016 14:58 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu-York şəhərində keçirilən 35-ci Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, Türk Amerikan Dərnəkləri Federasiyasının sədri Atilla Pak, Federasiyanın sədr müavini, Azərbaycan Nyu-York Assosiasiyasının vitse-prezidenti Zöhrə Şərifi və digər cəmiyyətlərin rəhbərləri, üzvləri iştirak edib.

Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə, Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.

Qeyd edək ki, Türk Günü Yürüşü Türk-Amerika cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR