Ermənistan müxalifətinin lideri: “Serj Sarkisyan həbs olunmalıdır”

Ermənistan müxalifətinin lideri: “Serj Sarkisyan həbs olunmalıdır”
# 18 dekabr 2015 16:18 (UTC +04:00)

Bakı – APA. Ermənistan müxalifətinin liderlərindən biri olan Raffi Ovannisyan (“İrs” partiyası) prezident Serj Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsinə çağırıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, İrəvanın mərkəzində keçirilən mitinqdə çıxış edən R. Ovannisyan hüquq-mühafizə orqanlarından baş nazir Ovik Abramyanın, habelə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumda saxtakarlığa yol verən şəhər və rayon rəhbərlərinin həbsini tələb edib.

Müxalifət lideri hakim Respublika Partiyasının tezliklə iflasa uğrayacağına inandığı da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR