Xudat sakini hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqlayıb

Xudat sakini hәyat yoldaşı, qaynı vә qayınatasını bıçaqlayıb
# 14 avqust 2016 08:55 (UTC +04:00)

Xudat. Vәli Turan -APA. Ötәn gün axşam saatlarında Xudatda bıçaqlanma faktı qeydә alınıb.

APA -nın şimal bürosunun verdiyi mәlumata görә, bir ailәnin üç üzvü bıçaqlanıb. Onlar 1958 -si tәvәllüdlü Mәmmәdrәsulov Azad Emil oğlu, onun oğlu 1985-ci tәvәllüdlü Tәrlan Mәmmәdrәsulov vә qızı 1991 -ci il tәvәllüdlü Yeganә Mәmmәdrәsulovdur. Xәsarәt alan şәxslәr Xaçmaz Mәrkәzi Rayon Xәstәxanasına yerlәşdirilib, vәziyyәtlәri kafidir.

Xaçmaz rayon Polis Şöbәsindәn APA -nın yerli bürosuna verilәn mәlumata görә, hadisәni törәtmәkdә şübhәli bilinәn şәxs saxllanılıb. Onun Y. Mәmmәdrәsulovun hәyat yoldaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbәsindә araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR